Uncategorized

Bu tarixdən selin vurduğu ziyana görə fermerlərə SIĞORTA ödənişi veriləcək – VİDEO

Son iki ayda bölgələrdə baş verən daşqınlarla bağlı aqrar sırğorta fonduna rekord sayda müraciət daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, minə yaxın fermerin təsərrüfatına ziyan dəyib.

Fondun şöbə müdiri Ləman Alıyeva bildirib ki, rayonlardan göndərilən bütün müraciətlərə baxılır. Onun sözlərinə görə,  ötən illə müqayisədə bu ilin ilk 6 ayı ərzində baş verən sığorta hadisələrinin sayında kəskin artım müşahidə olunur.

May-iyun aylarında baş verən daşqınlar zamanı ən çox buğda, arpa, qarığdalı və pambıq sahələrinə ziyan vurub.

Ləman Alıyeva qeyd edib ki, müstəqil ekspertləri sözügedən ərazilərə ezam olunublar.

“Qiymətləndirmə işlərindən sonra fermerlərə dəymiş zərərin həcmi müəyyənləşdiriləcək.”


Sığorta ödənişlərinin isə avqust ayında verilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, yalnız əkin sahələrini sığorta etdirən şəxslər sığorta ödənişlərdən faydalana biləcəklər.

Mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button