Ölkə

3 polis belə qətlə yetirilib – Rövşən paltarını dəyişmək adi ilə evə girib, sonra…

Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 polisi, bir mülki şəxsi qətlə yetirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

3 polisi qətlə yetirən Rövşənlə bağlı şok – Görün kimdir… 

10 gün sonra toyu olacaqmış 

Bakıda 3 polisi, 1 mülki vətəndaşı öldürən Rövşənin FOTOsu

Əməliyyat zamanı qətlə yetirilən polislərin FOTOsu

Milli.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

Qeyd edək ki, R.Allahverdiyev dələduzluq maddəsi ilə axtarışda olub. Onun bir müddət Türkiyədə yaşadığı da bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button