Ölkə

Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir.

Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

Çayda suyun səviyyəsi azalandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button