Ölkə

Üçüncü Beynəlxalq Bakı Piano Festivalı “We are the future” layihəsi ilə davam edib VİDEO

“We are the future” adlı iki konsertdə festival tamaşaçıları qarşısında gənc nəslin istedadlı və perspektivli musiqiçiləri çıxış ediblər. Bəzi iştirakçılar üçün bu axşam onların debütü oldu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Hüseyn Niftəliyev, Raniyə Rzayeva, Ariya Əhmədova, Aylin Abdullayeva, Əbdürrəhman Rzayev, Qafar Həsənzadə, Duyğu Rəsul, Sevda Əmirli, Nurcan Cəfərova, Əminə Nəcəfli, Pərviz Bağırov, Ayan Əsgərova, Adnan Kərimli, Mədinə Paşayeva və Əhməd Nadir Abdulla klassik proqramla çıxış ediblər.

Mirəhəd Növrəsli, Hüseyn Kərimov, Məhəmməd Allahverdiyev, Əmin Əliyev, Mirsəməd Növrəsli, Cavad Məmmədov, Mətin İbrahimli, Mədinə Paşayeva, Nəzrin İmanova, Ziya Alışov Yusifli, İsmayıl Vəlizadə caz improvizasiyaları ilə tamaşaçıları təəccübləndiriblər. Gənc istedadların çıxışları tamaşaçıların alqışları ilə keçdi.

Tədbir çərçivəsində “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə uşaq işlərindən ibarət sərgi də keçirilib. Sərgidə gənc rəssamlar Əminə Cabarlı, Nazim Məmmədli, Sürəyya Məmmədli, Suad Tağıyeva, Aylin Rzayeva, Fəray Mürşüdlü, Əminə Mirzəliyeva, Amin Mirzəliyev, Evangelina Lisanova, Rəşid Əliyev, Elvira Əliyeva, Məryəm Əliyeva, Maqsud Əliyev, Fidan Abbasəliyeva, Nigar Mahmud və Umud Həbibov iştirak ediblər.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u daxil olmaqla davam edəcək.

Festivalın şüarı: May piano inspire you!

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: 

Biletlər: 

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button