Evlilik ildönümünə tort sifariş edilmişdi – Zaqatalada ölən gəncin ACI TALEYİ
Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.
Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib.
Xatırladaq ki, B.Sulxayev 2 uşaq atası imiş.
Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.
———
Zaqatalada bədbəxt hadisə baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Mamrux kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu nəfəs borusuna düşüb.
Nəticədə o dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun