Ölkə

“Azərbaycanda boşanmayan ailə qoymadınız” – FOTO

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. O demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Amma qızım ürəyi istəyəni geyinir, qarışmıram. Geyimin həddini, sərhədini bilir” fikirlərə münasibət bildirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi sosial şəbəkədə şərh yazıb.

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi. Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”, – deyə Nadir vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button