Ölkə

17 yaşlı gənc qətlə yetirildi

17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən 2 şəxs tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da gecə saat 02 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button