Ölkə

Yeni alınan hərbi təyyarəmiz: bir ədədinin qiyməti…

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacağını bildirib.

“Bununla birlikdə “C-27J Spartan” təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan Ordusunun logistik imkanlarının artırılmasıdır. İtaliya-ABŞ birgə istehsalı olan təyyarələr hərbi nəqliyyat sinfinə aiddir.

Bu təyyarələrdən 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycan sifariş etmişdi. Ümumilikdə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir”.

Ekspert deyib ki, “C-27J Spartan” təyyarələrini bir ədədinin qiyməti 53,3 milyon dollardır:

“NATO üzvü olan ölkələr, eləcə də Mərakeş, Peru, Türkmənistan və CAD bu təyyarələrdən istifadə edir. Təyyarənin uzunluğu 22.7, qanad uzunluğu isə 28.7 mm-dir. Ümumi hündürlüyü 9.65 metrdir. Təyyarə 11.5 ton yükü hərbi texnika ilə birlikdə daşıya bilir”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button