Ölkə

Gəncədə narkokuryerdən 20 kq-dan çox heroin aşkarlanıb

Gəncədə saxlanılan narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button