Ölkə

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

2024-cü il, 26 iyunda, xalqımız, dünyanın bütün azərbaycanlıları Silahlı Qüvvələrimizin Gününü dövlət suverenliyini tam təmin, ərazi bütövlüyünü tam bərpa etmiş dövlətin vətəndaşı, mənsubu kimi İlk Dəfə (!!!), misli görünməyən bir vəcdlə (!!!) qeyd etdiyi zamanda belindən silahı açaraq öz soydaşını hamının gözü qabağında qətlə yetirmiş “hərbçi” ən ağır cəzaya layiq görülməlidir! Səbəbin nə olmasına baxmayaraq!

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Mir Şahin Ağayev qeyd edib.

Silahlı Qüvvələrimizin tarixinin əzəmət və qürur bayramında, həm də əzəmət və qürur bayramına atəş açmış, Milli Taleyimizin Şərəf gününün məsuliyyətini dərk etməyən bu silahlı şəxsə aman olmamalıdır!

Qatilin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu bildirilən hadisə ən ciddi şəkildə araşdırılmalı, təkcə cani yox, onun xidmət etdiyi hissənin nizam-intizamınadək bütün proses təhqiq edilərək qanun ayağına daşınmalıdır. Bu, sıradan bir qətl deyil. Canını Vətənə, Millətə, Torpaqlarımızın Azadlığına fəda etmiş şəhidlərimizin ruhu, qazilərimizin ağrılı, yaralı, amma qürurlu varlığı qarşısında, Böyük Qələbəmizin hüzurunda alçaq bir məsuliyyətsizlikdir!

Dünya boyda ad qazanmış Millətimizin elə o Adını batırmaqdır! Bu hadisə, yaranışından bəri özünün ən qüdrətli, ən uca günlərini yaşayan Müzəffər Silahlı Qüvvələrimizin şərəfini ləkələmək cəhdidir. Ar olsun!

Ərazi bütövlüyümüzü bərpa, dövlət suverenliyimizi təmin edən hərbçilərimiz o silahı şəhadətə bağlamışdılar, “sən” isə cinayətə!

Öl də daha!

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button