Ölkə

“Sən getdin, həsrətdən alışdım-yandım…” – FOTO

“İllər ötür… O qızı, o körpəni axtarmağa başlayırsan… O isə çox uzaqlarda, səndən uzaq bir sahildə səni gözləyir. Gözləyir ki, tutub onun əlindən ucu-bucağı görünməyənlərə, yeni arzulara doğru gedəsən”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Arxiv fotosunu paylaşan müğənni bunları yazıb:


“Sən isə üzü yoxlara tərəf gedirsən. Nə qəribə həyatdır, elə deyilmi? Onsuz, səninlə yaşlanan gənclik. Hara gedirsən ay karvan köçü? Heç olmuya yerini de barı. Sənin üçün bərk darıxanda gəlib üzünü görüm, səsini eşidim, tellərinə yağan ag örpəyi doğrayib yollarına səpim. Sən getdin, mən də arxanca baxa-baxa qaldım. Sən getdin, həsrətdən alışdım-yandım. Sən getdin, sənə heç çata bilmədim, əlivida belə deyə bilmədim. Sən getdin, boylandın xatirələrdən, baxırsan şəkillərindən. Mən isə “bir vaxtlar o qız mən idim” dedim. Qoruyub ovcumda tuta bilmədim, indi hey qaçıram onun ardınca, heyif ki çox gecdir, çata bilmirəm”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button