Ölkə

Kürdəmirdə ağır qəza: Yaralılar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 201-ci kilometrliyində rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüklə dolu “Ford” markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən önündə hərəkətdə olan “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Ford”da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda fakt araşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button