Ölkə
Gənclikdə restoran yanır – YENİLƏNİB
14:55
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək”.
——–
14:44
Gənclikdə “The Mood” restoranı yanır.
Milli.Az xəbər verir ki, restoranın yanması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun