Ölkə

“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi”

Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa edib.


“Səs Azərbaycan” layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi.

“Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər”, – deyə, Samirə Əfəndi bildirib.

Əfəndinin  ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button