Ölkə

BŞİH əməkdaşları qızğın futbol yarışında

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə tədbirlərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları arasında keçirilən mini futbol üzrə yoldaşlıq görüşü olub. Səbail rayonu Salyan şossesindəki İdman və istirahət parkında təşkil edilən yoldaşlıq görüşünü hər iki qurumun rəhbərləri, əməkdaşları və İctimai Birliyin könüllüləri izləyib.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan oyun böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayət edilib.

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və bu kimi yarışların ənənəvi olaraq keçirilməsi qərara alınıb.

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button