Ölkə

Hacıqabulda ağır qəza: Dörd nəfər xəsarət aldı

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üçü bir ailənin üzvü olmaqla dörd nəfər xəsarət alıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneəyə çırpılıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri – 1994-cü il təvəllüdlü Mirağa Yaşar oğlu Həşimov, 1971-ci il təvəllüdlü Reyhan Əliağa qızı Həşimova, 1997-ci il təvəllüdlü Raya Yaşar qızı Həşimova və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Şəfiqə Nəsib qızı İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button