Ölkə

Yunus Oğuz “Gedirəm” adlı şeirini təqdim edib

Milli.Az Yunus Oğuzun “Gedirəm” adlı şeirini təqdim edir:

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Gedirəm

Hərlənib, fırlanır önümdə bir daş

Bu dünyada boş durmayan daşmı var?

Sinənə çökəndə bu ağrı yükü

Qarşısında əyilməyən başmı var?

Önündən keçəcək daş qatar-qatar

Keçəcək, keçəcək baş qatar-qatar

Axacaq gözlərdən yaş qatar-qatar

Durduracaq sərt baxışlı qaşmı var?

Bu daş bilıməz kimin nəyi kimindi?

Nə loğmandı, nə təbibdi, həkimdi

Demə hürkər, demə qorxar, çəkindi

Cavan bilməz, qoca bilməz, yaşmı var?

Bu daş sənin öz ruhundur içində

Göydən baxar vücudun nə, için nə

Halallıq al bu dünyadan köçəndə

Heç bilmirəm əhləd adlı daşmı var?

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button