Ölkə

Tarixçi alim və arvadı təqsirli bilindi, amma həbs edilmədilər

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəməsi başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.

Prokuror ittiham nitqində təqsirləndirilən alimin və arvadının mənimsəmədə təqsirli bilinməsini, lakin onlara azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməməsini istəyib.

Azərbaycan Elmlər Akademiyasının nümayəndəsi, vəkil Orxan Zeynalov da ittihamçının təklifi ilə razılaşıb, cəzanın növünü məhkəmənin mülahizəsinə buraxıb.

Təqsirləndirilən şəxslər isə son sözlərində bəraətlərini tələb ediblər.

Hakim Azad Məcidovun sədrlik etdiyi məhkəmə heyəti müttəhimlərin heç birini həbsə göndərməyib. Hökmə əsasən, S.Hüseynov və G.İsayevaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button