Ölkə

Nəzrin Mərdanla heç yerdə olmayan görüntülərini paylaşdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova müğənni həyat yoldaşı Mərdan Kazımovla bağlı paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nəzrin həyat yoldaşının ad günü olduğunu vurğulayıb. Onun yayımladığı videoda cütlüyün özəl günlərindən, evlilik təklifi etdikləri andan görüntülər yer alıb.

Nəzrin paylaşımına “Şirinim, yubileyin mübarək! Səni ən özəl günümüzdən olan kadrlarla təbrik etmək istədim. Hansı ki mənim üçün hər zaman unudulmaz və hər baxanda kövrəldiyim an olaraq qalacaq. Yaxşı ki doğulmusan. Yaxşı ki varsan. Yaxşı ki bir-birimizi tapmışıq. Ruh ekizi dedikləri bu olsa gərək. Hər zaman var ol. Mənimlə ol! Səni çox sevirəm!!!” sözlərini yazıb.

Qeyd edək ki, Nəzrin və Mərdan bu ilin aprelində ailə qurub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button