Ölkə

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

Ölkəmizə səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.  

Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button