Ölkə

Qələt edərəm, məndən deputat olmaz

“Mənim seçkiyə qatılmaq fikrim yoxdur”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Sənətçi belə bir fikiri olmadığını bildirib:

“Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz”.

Qeyd edək ki, mətbuatda müğənni Manaf Ağayevin parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat yayılıb. Onun 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı bildirilib. 2020-ci ildə keçirilən seçkilərdə bu dairədən Vüqar Bayramov mandat qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button