Ölkə

Şəbnəm Tapdıq efirdə AĞLADI – “Yuxarıdan” zəng gəldi ki…”

Əməkdar artist Şəbnəm Tapdıq efirdə ağlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Həmin Zaur” verilişində yaşanıb.

Proqram zamanı “Çile bülbülüm” mahnısını oxuyan Şəbnəm birdən birə kövrəlib və göz yaşı axıdıb.

Əməkdar artist bu bəstənin ona valideynlərini xatırlatdığını dilə gətirib:

“Bu mahnını 1980-ci ildə oxumuşam. Çox ağır mənası var. Mənə çox böyük şöhrət qazandırmışdı. Bu ifama görə Türkiyəyə qədər dəvət olunmuşdum. Xalq şairi Bəxtiyar Vahabzadə kimi şəxsiyyət atama da zəng etmişdi ki, “O qız kimdir? İfasından gözümün yaşını saxlaya bilmədim”. O vaxt bunu yazdırdım. “Yuxarıdan” zəng gəldi ki, “türk mahnısı olmaz”.

Atam da dilxor oldu. Ora-bura zəng etdi və icazə aldı. Mahnı səslənəndən sonra bir gün içində məni elə bir zirvəyə qaldırdı ki… İfa zamanı valideynlərim yadıma düşür”.

Qeyd edək ki, Şəbnəm Tapdıq 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdığın ailəsində anadan olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button