Ölkə
Qazaxda ağır qəza – xəsarət alanlar var
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən hotellərin birinin yaxınlığında qeydə alınıb.
Avtomobilin maneəyə çırpılması nəticəsində 1966-cı il təvəllüdlü N.Nuruyeva və 2009-cu il təvəllüdlü Ş.Nəbiyeva xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun