Ölkə

14 kiloqram arıqlamamışam, şişirdib yazıblar

“Səhhətimdə heç bir problem yoxdur. 14 kiloqram da arıqlamamışam”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı bildirib.

“Yay ayıdır, havalar isti keçir, digər tərəfdən də yoldaşımın yoxluğu məni üzür. Sadəcə, iştahasızlıq var. Altı kiloqram arıqlamışam, lakin 14 kiloqram arıqladığımı şişirdib yazıblar”.

C.Zeynallı iki ildir efirlərə çıxmamasından söz açıb:

“Yoldaşım rəhmətə gedib. Bu səbəbdən iki il efirlərə çıxmadım. Buna təəccüblə yanaşanlar da var. Anlamıram ki, niyə qeyri-adi qəbul edirlər. İtki çox çətindir. Hazırda tək yaşayıram. Düzdür, qohumlarım var, yanımda olurlar. Dostların sayı azalıb. Mənə heç kömək də lazım deyil. Özüm işlərimi görə bilirəm. Arada pianoda ifa edirəm. Mən Allahla danışıram”.

Xatırladaq ki, ötən gün verilişlərdən birində olan Xalq artistinin arıqladığı diqqət çəkib. Onun 14 kiloqram çəki atdığı bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button