Ölkə

380 min azərbaycanlı geri qayıtmalıdır

Qərbi Azərbaycana yaşayan 380 mindən çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb, bütün mülkləri müsadirə edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç “Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq konfransda deyib.

H.Kılıç bildirib ki, bu gün Ermənistanı müdafiə edənlər Qarabağdan öz arzuları ilə çıxan ermənilərin geri dönmələri üçün qarantiya istəyir:

“Bəs niyə 380 mindən çox Qərbi azərbaycanlının öz torpaqlarına qayıtması üçün zəmanət tələb edilmir? Ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişib. Bu gün dünayda heç kim bu haqda danışmır. Bu azmış kimi Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimiayyəti bu məsələyə yönəltmək istəyirik. Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olmuşuq. Bundan sonra da olacağıq”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button