Ölkə

Bakıda məşhur dönərxana bağlandı – Ətdə bağırsaq çöpü aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qurumdan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button