Ölkə

Kəlbəcərə icazəsiz keçmək istəyənlər tutuldu

Kəlbəcərə icazəsiz keçmək istəyənlər tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

Qeyd edilib ki, stasionar postda Daşkəsən rayon sakinləri R.Məmmədov, R.Məmmədov və Gəncə şəhər sakini Z.Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button