Ölkə

Bakıda qadın keçmiş sevgilisinin nişanını iki dəfə pozdu

Bakıda kişi iki dəfə nişanlanmasına mane olan qadını döydüyü üçün saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M. adlı qadını Nərimanov rayonu, Ağa Nemətulla küçəsində döyərək xəsarət yetirib. O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olması ilə göstərib:

“İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə ondan polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam”.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button