Ölkə

Azərbaycanda mikroavtobus kanala düşdü – Xəsarət alanlar var

Kürdəmirdə idarəetmədən çıxan “Mercedes” su kanalına düşüb, xəsarət alanlar var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button