Ölkə

Rayonlarda leysan yağdı – Şimşək çaxıb

İyulun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 m/s, Naxçıvanda isə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button