Ölkə

Antimilli ünsürlərin boş iddiaları nəyisə dəyişə bilməz

Azərbaycan polisinin seçkilər zamanı gücləndirilmiş iş rejimində fəaliyyəti adi haldır, bundan ajiotaj yaratmaq olmaz.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu report-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, qarşıdan gələn parlament seçkiləri zamanı daxili işlər orqanlarının gücləndirilmiş iş rejiminə keçməsinin polisin birbaşa öhdəliyi olduğunu söyləyib:

“Azərbaycan polisi və bütövlükdə hüquq-mühafizə orqanlarımız həmişə seçkilər, bayramlar, idman yarışları da daxil olmaqla bütün ölkə əhəmiyyətli tədbirlərdə gücləndirilmiş iş rejimində çalışır. Bunu “Polis haqqında” qanunun 14-cü maddəsi də (kütləvi tədbirlər zamanı ictimai asayiş və ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi barədə) təsdiqləyir. Bu məsələ ətrafında ajiotaj yaratmaq cəhdi yolverilməzdir”.

B. Məhərrəmov bildirib ki, Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin müvafiq qanunvericiliyi rəhbər tutmaqla müəyyən etdiyi Əsasnamə və “yaddaş kitabçaları”nda polisin seçkilərdə aydın davranış xəritəsi mövcuddur:

“Polis əməkdaşı səsvermədə seçici kimi iştirak etdiyi hal istisna olmaqla seçki məntəqəsindən azı 100 metr məsafədə daim hazır vəziyyətdə xidmət aparmalıdır. Çünki Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər. Polisin seçki məntəqələrində, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, məntəqə və ətrafda baş verə biləcək xoşagəlməz halların qarşısının alınması bütün dünyada qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuş praktikadır. Bu situasiyanı fərqli cür izah etmək cəhdləri qərəzli riyakarlıqdır və yaxşı olar ki, xaricdən maliyyələşən və özünə müstəqil deyən “cib mediaları” sifariş aldıqları ölkələrin bu sahədə işlək sisteminə diqqət yetirsinlər”.

VI çağırışın deputatı əmindir ki, Azərbaycan polisi qanunvericiliyi rəhbər tutaraq ictimai asayişə yönəli istənilən təhdidin aradan qaldırılması, o cümlədən seçki məntəqələrində baş verə biləcək qanunsuzluqların, habelə ölkənin bütün bölgələrində icazəsiz aksiyaların qarşısının alınması həmişəki qətiyyətlə təmin ediləcək:

“Azərbaycan dövləti aktiv və passiv seçki hüququndan istifadə edən hər bir vətəndaşın gözləntisinə müvafiq olaraq növbədənkənar parlament seçkilərinin şəffaf və demokratik şəkildə keçirilməsi üçün üzərinə düşən vəzifələri tam və qüsursuz yerinə yetirməkdə israrlıdır. Bir zamanlar hakimiyyəti silah gücünə zəbt edərək, Milli Məclisin tribunasını zorla ələ keçirən antimilli ünsürlərin boş iddiaları nəyisə dəyişə bilməz”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button