Ölkə
Tovuzda ağır qəza – ata və oğlu xəsarət aldı
Tovuz şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az report-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1971-ci il təvəllüdlü Etibar Mehdizadə və onun oğlu, 2000-ci il təvəllüdlü Sərdar Mehdizadə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun