Ölkə

Cahangir Hacıyevə nazirlikdə yüksək vəzifə verildi

Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müvafiq əmri ilə Cahangir Hacıyev Nazirliyin İnsan resursları idarəsinə rəis təyin edilib.

Cahangir Hacıyev 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.

1994-cü ildə əmək fəaliyyətinə başlayan Cahangir Hacıyev müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO mərkəzinin müdiri, Rəhbər kadrların ixtisasının artırılması fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

2012-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi”, 10 may 2023-cü il tarixdə isə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” yubiley medalları ilə təltif edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button