Corabıma, çəkməmə qədər verirdi, indi heç biri yoxdur
“Son illər bir-iki dəfə kinostudiyada oldum, gördüm ki, geyim sexində heç bir kostyum yoxdur. Keçmişdəki kostyumlar haradadır – bilinmir”.
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti İlham Namiq Kamal bildirib.
O, “Azərbaycanfilm” kinostudiyasının geyim sexindən narazılığını dilə gətirib:
“Həmişə kinostudiyanın öz kostyum sexi olub. Adi bir nümunə çəkim, “Qayınana” və “Qəribə adam” filmlərinə çəkiləndə əynimə kostyum tikdilər. Köynəyimə, corabıma, çəkməmə qədər kinostudiya verirdi. Sonra o geyimlər kostyum sexində saxlanılırdı, qorunurdu. Sabah hansısa film çəkiləndə ondan istifadə edirdilər. Son illər bir-iki dəfə kinostudiyada oldum, gördüm ki, geyim sexində heç bir kostyum yoxdur. Keçmişdəki kostyumlar haradadır – bilinmir. Bir az bu sahədə təsərrüfatsızlıq var. Bu günlərdə nazir Adil Kərimli “Azərbaycanfilm” kinostudiyasının bütün rəhbər şəxslərini dəyişdi. Kinostudiya mütləq olmalıdır. Onun çox böyük ənənəsi var. Həm təmir olunmalıdır, həm də orada iş qaynamalıdır, əvvəlki vaxtına qayıtmalıdır”, – deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun