Kişilər 35 yaşına qədər, qadınlar isə 30 yaşına qədər evlənməməlidir
Müğənni Leman Sam özü kimi müğənni olan qızı Şevval Sam və Kanal D-də yayımlanan “Sadakatsiz” serialındakı “Selçuk” obrazı ilə məşhurlaşan nəvəsi Tarık (Taro) Emir Tekin haqqında danışıb.
Milli.Az news24.az-a istinadla xəbər verir ki, ötən günlərdə əməliyyat keçirən Leman Sam “Bebek”də görüntülənib.
Qızı Şevval Sam və nəvəsi Tarık Emir Tekin haqqında danışan sənətçi bu sözləri deyib:
“Mən Taroya emosional olaraq baxıram, onu qiymətləndirməsəm daha yaxşıdır. Hamı özünü sübut edib. Təbii ki, lovğalanıram. Səhnədə görmədiyiniz şeylərin şahidi oluram, hər şeyi görürəm. Şərh etməyəcəyəm, çünki qərəzli ola bilərəm. Amma onun yaraşığı haqqında danışa bilərik”.
Nəvəsi Tarık Emir Tekin haqqında verilən evlilik sualına Leman Sam belə deyib: “Qızlar onu çox bəyənirlər, arxasınca gedirlər. Mən evliliyə çox müsbət yanaşan insan deyiləm. Düşünürəm ki, kişilər 35 yaşından əvvəl, qadınlar isə 30 yaşından əvvəl evlənməməlidirlər. Ona görə də Taro üçün hələ vaxt var”.
Milli.Az