Nə Çağladan küsmüşəm, nə də Gözdəyə aşiqəm
Keçmiş həyat yoldaşı və iki övladının anası Çağla Şikellə barışdığı xəbəri ilə gündəmdən düşməyən məşhur müğənni və aktyor Emre Altuğ bu dəfə də serialda rol aldığı Gözdə Kansu ilə eşq macərası yaşadığı iddiaları ilə dillərə dastan olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ötən axşam Kiprdəki “Noah’s Ark” otelində səhnəyə çıxan məşhur müğənni konsertdən əvvəl jurnalistlərə bu haqda ürək sözlərini deyib.
“Keçən gün mənim adımdan yazdılar ki, Çağla ilə barışmayacağam, Gözdəyə isə aşiq deyiləm. Bax, indi burdan deyirəm hamı eşitsin:
Nə Çağladan küsmüşəm, nə də Gözdəyə aşiqəm. Gözdə mənim çox əziz dostumdur və bunu deməkdə heç bir eyib görmürəm. Övladlarımın anası ilə isə küsmək kimi bir lüksüm yoxdur. Barışmağımızı keçmişdəki münasibətləri bərpa etmək kimi başa düşürsünüzsə, əsla! O ki qaldı Gözdəyə, onunla dostluğumu pozmayacağam”.
Emre Altuğ “Həyatınızda kimsə varmı?” sualına belə cavab verib:
“Ola bilər. Bir müddətdir ki, buna yox deməmişəm. İcazə versəniz, bunu öz içimdə yaşamaq istəyirəm. Əgər kimsə olsa bunu siz də görəcəksiniz”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun