Ölkə
Bir müddət əvvəl ləğv edilən parkinqə yenidən icazə verildi
Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında yenidən avtomobillər saxlanılır.
Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, maşınlardan təmizlənən ərazidə yenidən park edilən avtomobillər piyadaların hərəkətinə narahatlıq törədir.
Əvvəl qanunsuz parkinq olsa da, indi isə daha səliqəli formada avtomobillərin saxlanılmasına icazə verilib.
Qeyd edək ki, bir müddət öncə məsələ ictimailəşdirildikdən sonra sözügedən ərazidə avtomobil saxlanılması qadağan edilmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun