Ölkə

Nərimanovda iki manata görə satıcını öldürdü – Təfərrüat

Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsinin işçisi marketdə satıcı işləyən şəxsi 2 manata görə qətlə yetirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşısında baş verib.

Belə ki, 2023-cü il avqustun 22-də Nərimanov Rayon Prokurorluğuna Samir Məhərrəmovun qətlə yetirilməsi barədə məlumat daxil olub.

İstintaqla müəyyən edilib ki, Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri elə mağazanın qarşısında içib. Satıcı Samir Məhərrəmov borclu qaldığı 2 manatı nə vaxt verəcəyini soruşanda ona pulu günorta çatdıracağını deyib və işlədiyi avtoyuma məntəqəsinə gedib.

Üzərində olan mobil telefonu itirdiyini düşünən Fariz Şahniyarov bir neçə dəqiqədən sonra yenidən marketə qayıdıb. Telefonunu görüb-görmədiyini soruşduqda satıcı ona borcunu ödədikdən sonra telefonu verəcəyini bildirib.

Bu sözündən əsəbiləşən Fariz Şahniyarov cibindən bıçağı çıxarıb və onunla üzbəüz dayanan satıcı Samir Məhərrəmova zərbə endirib. Sonra oradan uzaqlaşaraq məhləyə gedib və paltarlarını götürüb. Bıçağı birmərtəbəli obyektin damına atıb. Avtobusla avtovağzala, oradan isə Ağstafa rayonuna yollanıb.

Rayona çatdıqdan bir neçə saat sonra evdə polis əməkdaşları tərəfindən saxlanılıb və şöbədə Bakıda adam bıçaqladığını etiraf edib.

Hadisə şahidi Ülfət Məmmədov bildirib ki, rayondan Bakıya gedərək dostu ilə taksi fəaliyyəti ilə məşğul olub. Kirayə ev axtarsalar da, tapa bilməyiblər. Avqustun 22-də metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən marketin qarşısında maşını saxlayaraq yatıblar. Saat 06:00 radələrində mağazanın satıcısı Samir Məhərrəmov avtomobilin şüşəsini döyərək bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş edib.

Samir maşına oturan kimi qısa müddət ərzində salon qanla dolub. Yaralanan şəxsi bir neçə özəl klinikaya aparsa da, onu qəbul etməyiblər. 5 saylı xəstəxanaya çatanda həkimlər Samirin öldüyünü bildiriblər.

Məhkəmə hesab edib ki, Fariz Şahniyarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fariz Şahniyarov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button