Ölkə
Hande Erçel sevgilisi ilə matç izlədi
Türkiyənin məşhur aktrisası Hande Erçel iş adamı sevgilisi Hakan Sabancı ilə İngiltərənin paytaxtı Londonda keçirilən Uimbldon tennis turnirinin final matçını izləyib.
Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Hande turnirdən fotolarını instaqram hesabında paylaşıb.
Cütlüyün fotoları böyük marağa səbəb olub. Turnir üçün mavi paltar seçən Erçelin tərzi izləyiciləri tərəfindən bəyənilib.
Qeyd edək ki, Hande Erçel və Hakan Sabancı bir ildən çoxdur ki, sevgilidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun