Uncategorized

Azərbaycanın güclü olması Türkiyənin güclü olmasıdır – TBMM sədri

Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrindən biridir. Burada Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jutnalistlərə açıqlamasında deyib.

“Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa çox diqqət yetirir”, – deyə o qeyd edib.

Parlament sədri bildirib ki, son günlərdə Cənab prezident Ərdoğanın Vilnusda NATO samimitində iştirak edərkən bizim burada olmağımızın da səbəbi var.

“Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bu səfərimiz də Türk dünyasına böyük töhfə verəcəyini düşünürük”, – deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş hazırda Türk Şəhidliyini ziyarət edir. O, Azərbaycan səfəri ilə bağlı mediaya açıqlamalar verir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button