“Keçmişimizdən utanmamışıq” – Tənqidlərə cavab verdilər
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları bir müddət əvvəl yayılan arxiv fotolarına yazılan tənqidlərə cavab veriblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar illər əvvəl çəkilən şəkillərini paylaşaraq bundan utanmadıqlarını vurğulayıblar.
“Şərhləri oxudum və dəhşətə gəldim. İnsanlar niyə aqressivləşib? Bu, məni həqiqətən qorxudur. Bilmirəm həyatınızda nələr yaşamısınız. Amma sizə heç bir zərəri olmayan insanlara kin dolu sözlər yazmağınız üçün ya böyük psixoloji probleminiz olmalıdır, ya da istədiyiniz həyatı yaşaya bilməyib, özgüvənsiz, paxıl, sevilməyən biri olmalısınız.
Unutmamış onu da deyim ki, keçmişimizdən heç bir zaman utanmamışıq, Allaha çox şükür. Sizin lağ edib güldüyünüz o iki qız çox şükür yaxşı gələcək qurublar. Həm özlərinə, həm ailələrinə. Siz yazmağınızda olun. Allah sizə gözəl həyat bəxş etsin, bizə zamanınız qalmasın” deyə, paylaşımda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun