Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi
Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrının direktoru Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Andrey Mixayloviç Vorobyov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb.
O, məktubunda Bakıda qastrol səfəri zamanı Musiqili Teatrın əməkdaşlarının onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Rusiya və Azərbaycan teatrları arasında olan mövcud mədəni əlaqələrdə daimi qarşılıqlı ünsiyyət prosesinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən A.M.Vorobyov teatrın direktor müavini Hüseyn Hüseynov və beynəlxalq əlaqələr üzrə koordinatoru Rəcəb Məmmədovun adlarını da xüsusi vurğulayıb.
Xatırladaq ki, Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrı bu ilin may ayında Musiqili Teatrın qonağı olub və kollektiv dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan “Qurdlar və qoyunlar” adlı iki hissəli komediyasını təqdim edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun