Eldarın heç dünya aləm vecinə deyil
“Avroviziya 2011” qalibi Eldar Qasımov ilk dəfə ünvanına edilən tənqidlərə cavab verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu il yarışmada təmsilçilərimiz Fahree və İlkin Dövlətövun finala vəsiqə qazanmaması tənqid edilib. Sosial şəbəkədə bu uğursuzluqda Eldar günahlandırılıb. Yarışmanın Azərbaycan üzrə musiqi prodüseri olan Eldarın ünvanına yüzlərlə “İstefa ver” şərhi yazılıb.
İfaçı tənqidlərə əhəmiyyət vermədiyini bildirib:
“Bu bir müsabiqədir. Orada ya udursan, ya uduzursan. Buna təbii, sağlam yanaşmalısan. Nə qədər uğur qazansan, hər kəs öz payını götürəcək: mən sms götürdim, demişəm ki udacaqsan. Uğursuzluq əldə edəndə hər kəs daşlayırlar. Bunlara fikir vermək lazım deyil. Nigardan soruşanda cavab verirdi ki, Eldarın heç dünya aləm vecinə deyil. Belədir.
Azərbacan öz çərçivəsində “Avroviziya”nı başqa yaşamağa başlayıb. İki ildir öz söz yazarı və bəstəkarlara müraciət edirik. 10 ildir xaricidən nəsə alırıq, hər şey göstərdik: həm qərbi, həm şərqi, musiqiyə necə bələd olmağımızı. İlk beş yeri də tutduq”.
Qeyd edək ki, Azərbaycanı yarışmada Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edib. Onlar finala vəsiqə qazana bilməyiblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun