Ölkə

Heç kim oturub ağıllı-ağıllı yazmasın ki…

Müğənni Ayan Babakişiyeva Əməkdar artist Elza Seyidcahanın meyxanaçıları tənqid etməsinə dəstək olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ifaçının açıqlamasına mənfi rəy yazanlara cavab verib.

“Elza xanım kim Azərbaycan dilini, musiqisini bərbad hala salırsa, onlara deyir. Burada heç kim oturub mənə ağıllı-ağıllı yazmasın ki, sən bəs nə oxuyursan? Yaxşı bilirəm ki, hansı bəstəkarlarla işləmişəm və işləyirəm. Musiqilərimizi, kliplərimizi hansı yatırımlarla ərsəyə gətirirk… Elza xanım gözəl bəstəkar, savadlı qadın, əsl sənətin dərinliyini bilən sənətkardır. Tarixdə qalan yüzlərlə əsərləri var, içi mən qarışıq hamımız əzbər bilirik, dinləyirik. Doğru deyir ki, bizim bir dil mədəniyyətimiz var, onu xarab etməyin”.

Qeyd edək ki, Seyidcahan “O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın” deyə, meyxanaçılara müraciət edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button