Ölkə
Oğlumun deməyi ilə deyil, ilin sonuna kimi toy edəcəyik
Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanı evləndirmək istəməsindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində aparıcı Aytəkin Mərdanovanın “Toy nə vaxtdır” sualına belə cavab verib:
“Bu haqda danışanda qalmaqal düşür. Ramazanın deməyi ilə deyil, bu ilin sonuna kimi toy edəcəyik”.
İfaçı arzuladığı gəlin haqda suallara “Bir-birini sevib, başa düşsünlər. Məndən çox özləri bir-birini anlasınlar. Bir ana kimi istəyərəm övladımı sevsin, can deyib, can eşitsinlər. Oğlumun xoşbəxtliyi önəmlidir” reaksiyasını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun