Siyahıda Heydər Əsədovla Mehriban Vəliyeva da var
Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, namizədlərin siyahısında keçmiş kənd təsərrüfatı naziri, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var.
Namizədlərin siyahısında maraqlı daha bir ad isə bizə təhsil sektorundan yaxşı tanış olan Mehriban Vəliyevadır. M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun