Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir?
Eldar Ramiq oğu Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Milli.Az lent.az-a istinadən Eldar Seyidovun bioqrafiyasını təqdim edir:
Eldar Ramiq oğlu Seyidov 01 mart 1973-cü il tarixində Bakı şəhərində anadan olub.
Eldar Seyidov 1994-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə tam ali təhsil alıb. Eyni zamanda 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əlavə ali təhsil proqramının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir.
1996-cı ilin noyabr ayından 2003-cü ilin oktyabr ayınadək “NAR” LTD şirkətində, 2003-cü ilin oktyabr ayında Milli Aerokosmik Agentliyində (AMAKA), 2008-ci ilin fevral ayından 2013-cü ilin mart ayınadək ABŞ-ın Azərbaycandakı səfirliyində “Ümumi inzibati xidmətlər” şöbəsində, 2013-cü ilin mart ayından etibarən “ADA” Universitetində işləməyə başlayıb, 2018-ci ilin yanvar ayından etibarən “Ümumi inzibati xidmətlər” şöbəsinin direktoru olaraq məsul vəzifələrdə çalışıb.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixində müstəsna yeri olan “Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illlik yübileyinin qeyd edilməsi” haqqında imzaladığı Sərəncama əsasən ADA Universiteti Azərbaycan Respublikasında Milli təhsil sisteminin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariya binasının bərpasını və təhsil missiyasının davam etdirilməsini öz üzərinə götürüb. Bu layihənın bütün təchizat, təminat və təşkilati işlərinin idarəçiliyi Eldar Seyidov tərəfindən aparılıb.
Qeyd edək ki, Eldar Seyidov 2022-ci ilin aprel ayından Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, 2024-cü il 07 mart tarixindən isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçi vəzifəsində çalışıb.
O, İngilis və rus dillərində sərbəst bilir.
Ailəlidir, 2 övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun