Ülviyyə ilk dəfə Muradla boşanmasından danışdı
Aktrisa Ülviyyə Xəlilbəyova aktyor həyat yoldaşı Murad İsmayılla boşanmasından ilk dəfə danışıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa “Suallar cavablar” verilişinə müsahibəsində deyib.
O, Muradla rəsmən boşandığını təsdiqləyib:
“Şir bürcü ilə əkizlər heç vaxt tutmur. Buna qədər paylaşılan heç bir xəbər doğru olmayıb. Duyğusal biriyəm, paylaşmışam, saytlar verib. Sırf xəbər olsun deyə etməmişəm. Heç mənə sual verməyib paylaşırdılar. Özüm belə özümlə bağlı xəbərləri görməkdən bezmiş adamam. Bəli, rəsmən boşanmışam”.
Ülviyyə qayınanası və baldızından şikayətçi olması ilə bağlı çıxan xəbərləri təkzib edib:
“Mənim ümumiyyətlə baldızım yoxdur”.
Ülviyyə hazırda Muradla olan münasibətlərinə toxunub:
“Muradla münasibətim var, uşaqlarımın atasıdır. Biz dostuq. Uşaqlar mənimlə qalır. Ataları ilə görüşürlər”.
O, Muradla yenidən barışmayacağını deyib:
“Bu haqda düşünmürəm. Biz onsuz küsülü deyilik, dostluğumuz davam edir. Düşmən deyilik. Uşaqlarımız var. Yenidən bir araya gəlmək fikrim yoxdur”.
Qeyd edək ki, onların bu evlilikdən iki oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun