Siyasət
Fransada bıçaqla silahlanan şəxs polisə hücum edib
Parisin Yelisey meydanında bıçaqla silahlanmış şəxs polis əməkdaşına hücum edib.
APA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat yayıb.
“Parisin 8-ci əyalətində mağazanı qoruyan məmurların çağırışına gələn polisə hücum edilib”, – nazir qeyd edib.
Polisə hücum edən şəxs zərərsizləşdirilib.