Ölkə
Bakıda 16 yaşlı piyadanı avtomobil vurub
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü R.N-i vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun